Naftalan şəhərinin məktəblərində son zəng çalınıb
Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi 14 iyun 2025-ci il tarixdə Naftalan şəhərinin məktəblərində də son zəng tədbiri keçirildi.
Öncə məzunlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbirdə ŞİHB aparatının, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy Naftalan üzrə təhsil sektorunun məsul əməkdaşları, təhsil işçiləri, müəllimlər, valideynlər iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə çıxış edənlər “Son zəng” münasibətilə məzunları təbrik edib, onların həyatlarında yeni və məsuliyyətli mərhələnin başlandığını qeyd ediblər. Ölkəmizdə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsilin inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulayıblar.
Dərs ilini müvəffəqiyyətlə başa vuran bir qrup müəllim və şagirdlər Fəxri Fərmanlarla təltif olunublar.















