Naftalan şəhərinin idmançısı cüdo üzrə Liqa yarışının qalibi olub
24 noyabr 2025 | 16:37
22–23 noyabr 2025-ci il tarixlərində Abşeron Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının IV turunda Naftalan UGİM-in yetirməsi Fəridə Rəhimli — 36 kq çəki dərəcəsində I yerin qalibi olub.
İki gün davam edən turnirdə 88 klub və idman cəmiyyətindən ümumilikdə 18 çəki dərəcəsində 485 idmançı (392 oğlan, 93 qız) qüvvəsini sınayıb.
İdmançımızı və onun məşqçi-müəllimi Fuad Əliyevi təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.















