Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində Zəfər bayramı qeyd edilib

08 noyabr 2026 | 14:57

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr Zəfər bayramı münasibəti ilə “Şanlı Zəfər Tariximiz” adlı tədbir təşkil olunub. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, ŞİH-nin məsul əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, Şəhid ailələri, qazilər, şəhər ictimaiyyəti və turistlər iştirak edib.

Öncə vətənpərvərlik mövzusunda şagirdlərin əl işlərindən ibarət  8 Noyabr – Zəfər Gününə həsr olunan sərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləndən sonra tədbir konsert proqramı ilə davam etdirilib. Bayram əhval-ruhiyyəsi və yüksək coşqu ilə davam edən konsert proqramında respublikamızın tanınmış incəsənət ustaları Vətəni, Ordunu və Zəfəri tərənnüm edən rəngarəng musiqi nömrələri ilə çıxış ediblər. Naftalan şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir yerli sakinlərlə yanaşı, şəhərimizin qonaqları olan yerli və xarici turistlərin də böyük marağına səbəb olub.

Səsləndirilən ifalar tamaşaçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Vətənpərvərlik və milli qürur hisslərinin ön plana çıxdığı bayram tədbiri Naftalan şəhərinin səmasını bəzəyən möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Keçidlər