Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində yolların genişmiqyaslı nişanlanması işləri aparılır

13 noyabr 2026 | 13:04

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhərin prospekt və küçələrində piyada keçidləri yenidən rənglənib, hərəkət zolaqlarını ayıran yol xətləri çəkilib, avtobus dayanacaqları məlumatverici nişanlanma xətti ilə təchiz olunub, dayanma və parklanma yerləri müəyyən edilərək işarələnmişdir.

Şəhərdə nəqliyyatın daha nizamlı təşkili məqsədilə görülən genişmiqyaslı tədbirlər ilk növbədə sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsinə, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edir və şəhərin ümumi görünüşünə müsbət təsir göstərir.

Keçidlər