Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində "Şəxsi inkişaf yay məktəbi" layihəsi keçirilib

28 avqust 2024 | 13:50

Gənclərin İnkişaf və Karyera Mərkəzi Gəncə-Daşkəsən regional nümayəndəliyinin Naftalan bölməsinin təşkilatçılığı ilə "Şəxsi İnkişaf yay məktəbi" layihəsi həyata keçirilib.

Layihənin rəsmi açılış hissəsində şəhər İcra Hakimyyətinin müavini Kəmalə Hüseynova, Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva, GİKM-nin Naftalan, Göygöl və Daşkəsən rayon bölmələrinin rəhbərləri və digər qonaqlar iştirak edib.

Tədbir iştirakçıları ilk olaraq Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-ekspozisiyalara baxış keçirib.

Şəxsi inkişaf yay məktəbi layihəsinin əsas məqsədi gənclərin şəxsi inkişafına tövhə vermək, gənclərin yay tətilinin əyləncəli və səmərəli keçməsinə şərait yaratmaqdır. Layihə çərçivəsində "Zamanın idarə edilməsi", "Komanda işi", "Layihələrin idarə edilməsi" mövzularında təlimlər, qrup işləri və enercayzerlər həmçinin təlimlər arası çay, kofe fasiləsi təşkil olunub.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

Keçidlər