Naftalan şəhərində Əmək yarmarkası keçirilib
19 mart 2026 | 15:19
Naftalan Şəhər İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının və “Naftalan Central” MMC-nin təşkilatçılığı ilə işaxtaran və işsiz şəxslərin mövcud vakant iş yerləri haqqında məlumat əldə etməsi, onların aktiv məşğulluq tədbirlərinə cəlb olunması məqsədilə 19 mart 2026-cı il tarixdə Naftalan şəhərində yeni fəaliyyətə başlayacaq “Naftalan Central” Hotelinin binasında əmək yarmarkası keçirilib.
Aktiv məşğulluq tədbirində nəzarətçi, tibb bacısı, qeydiyyatçı, ofisiant, şirniyyatçı və s. üzrə 19 vakansiya təqdim olunub. Vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, mövcud vakansiyalar üzrə 59 nəfər işaxtaran və işsiz şəxs qeydiyyatdan keçib.















