Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı sakinlər ilə növbəti görüş keçirib

20 oktyabr 2026 | 17:34

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov şəhərin bir sıra çoxmənzilli yaşayış binalarının sakinləri ilə görüş keçirib.

Görüşdə hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.           

Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin operativ həlli dövlət başçısının müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir.

Sakinlərin müraciətləri diqqətlə dinlənilib, bir sıra məsələlər yerində araşdırılaraq operativ həll olunub, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara icrası üçün yönləndirilib.

Daha sonra ŞİH başçısı vətəndaşın müraciəti əsasında mənzilinə baxış keçirib, müraciətinin həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.

Sakinlər göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər