Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin növbəti iclası keçirilib

19 oktyabr 2022 | 14:43

Öncə Vətənimizin azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın  sədri Möhübbət Bədəlov “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda keçirilən  təlimlərdə iştirak etdikləri barədə  söhbət açaraq təlimin əhəmiyyətindən danışıb.  “İctimai İştirakçılıq haqqında” Qanundan irəli gələn məsələlərə toxunaraq müzakirə edilmiş  məsələlərin həlli ilə baglı görülən işlərin vəziyyəti ilə şura üzvlərini tanış edib. Şəhər rəhbərliyinə etdikləri müraciətin qısa müüdət ərsizbdə öz müsbət həllini tapdığını  vurğulayıb.

Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun  müdiri Şamxal Hümbətov “ictimaishura.az” elektron səhifəsinin yaradılması  haqqında  şura üzvlərinə ətraflə nəlumat verib. Beynəlxalq turizm mərkəzinə çevrilmiş şəhərimizn  bu gün özünün yeni inkişaf dövrünü yaşadığını, Naftalan kurort şəhərinin müasirləşməsi istiqamətində işlər daim davam etdirildiyini qeyd edərək Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən həm şəhər sakinlərinin, həm də yerli və xarici turistlərin məmnunluğunu artırmaq üçün şəhərin bütün parklarında limitsiz, ödənişsiz və sürətli optik Wi-Fi ötürücülər quraşdırılaraq istifadəyə veriliyinin əhəmiyyətini vurğulayıb.

Çıxış edən digər natiqlər Naftalan Cümə Məcidinin həyətində  əhalinin günəşdən və yağışdan qorunaraq rahatlığının təmin edilməsi məqsədilə  çardağın  qurulub istifadəyə verilməsinin  müsbət hal olduğunu qeyd edərək minnətdarlığını bildiriblər.

 

Keçidlər