Naftalan Şəhər Bələdiyyəsi ölkəmizdə ISO 9001:2015 beynəlxalq standartı alan ilk bələdiyyə oldu
ISO 9001:2015 keyfiyyəti idarəetmə sisteminə tələbləri müəyyən edən beynəlxalq standart dünyanın 95 ölkəsinin ekspertlərinin iştirak etdiyi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Texniki Komitəsi tərəfindən hazırlanıb.
İdarəetmənin səmərəli təşkili, proseslərə düzgün nəzarət, işçilərin peşəkarlığının yüksəldilməsi, keyfiyyətin yüksəldilməsi, sənədləşmənin düzgün aparılması, daimi təkmilləşmə sisteminin formalaşması, risklərin azaldılması və stabilliyin yaranması, səlahiyyətlərin düzgün bölgüsü və qarşılıqlı əlaqə sisteminin qurulması, resursların səmərəli istifadəsi, vətəndaş məmnunluğunun artırılması kimi faydaları özündə ehtiva edən, hazırda dünyada ən çox tətbiq edilən ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri-tələblər” Beynəlxalq Standartlaşdırmanın tələblərinin araşdırılması, öyrənilməsi və tətbiq edilməsi istiqamətində Naftalan Şəhər Bələdiyyəsində işlər uğurla həyata keçirilmişdir.
Standart Beynəlxalq Sertifikatlar Reyestrində qeydiyyata alınaraq ümümdünya siyahıya daxil edilmişdir.
Bələdiyyənin fəaliyyətinin ISO 9001:2015 beynəlxalq standartına uyğun idarəetmə sisteminin qurulması, risk əsaslı yanaşmanın tətbiqi, daxili qayda və prosedurların yaradılması, kommunikasiya, işçilərə interaktiv təlimlərin verilməsində önəmli olacaqdır.
Qeyd olunan standartın tətbiqi bələdiyyənin fəaliyyətində idarəetmənin effektivliyinin artırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə əhəmiyyətli töhfə verəcəkdir.
Həmçinin standartın tətbiqinin vətəndaşla bələdiyyə arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşmasına, bələdiyyənin gündəlik fəaliyyətlərinin həyata keçirilməsinə və vətəndaş müraciətlərinə baxılması zamanı şəffaflığını artırılmasına, müvafiq sahədə qanunvericiliyin tələblərinin effektiv şəkildə yerinə yetirilməsinə, idarəetmədə müsbət dəyişikliklərə səbəb olacağına imkan yaradacaqdır.
Qeyd edək ki, Naftalan Şəhər Bələdiyyəsi Şəhər Bələdiyyələr Milli Assosiasiyasının idarə heyətinin üzvüdür.
Avropa İttifaqı tərəfindən həyata keçirilən İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri təşəbbüsü çərçivəsində yaradılan layihəyə qoşularaq Naftalan bələdiyyəsi qalib elan olunmuş və “Urban Imaginaries 2022” sertifikatı ilə təltif olunmuşdur.
Həmçinin, “Nations Developmenrt Programme” təşkilatının 2023-cü ilin oktyabrında Gürcüstanın Batumi şəhərində keçirilmiş “Future Fit Cities” adlı şəhər Forumunda iştirak etmiş və “M4EG Urban Imaginaries” sertifikatı ilə təltif olunmuşdur.