Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər Ağsaqqallar Şurasının illik hesabat iclası keçirilib

08 may 2024 | 15:02

Hesabat yığıncağında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar palatasının sədri, professor Vahid Novruzov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ŞİH başçısının müavini Arzu Məmmədov, Naftalan şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov və Şuranın üzvləri iştirak edib.

Öncə Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilərək xatirəsini böyük ehtiramla anılıb.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ŞİH başçısının müavini Arzu Məmmədov ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar palatasının sədri, professor Vahid Novruzov, dövlətimizin bugünkü inkişafında ağsaqqal və ziyalılarımızın rolundan söz açıb. Şəhər Ağsaqqallar Şurası tərəfindən maarifləndirmə tədbirlərinin keçirilməsi şuranın səmərəli fəaliyyətinin göstəricisi kimi dəyərləndirərək ötən dövr üçün şəhər Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş hesab olmasını təklif edib.

Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov illik hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, Şuranın üzvləri şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edir, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması istiqamətində keçirilən təbliğat maarifləndirmə tədbirlərində yaxından iştirak edirlər. Həmçinin Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətləri barədə əhali arasında apardıqları geniş təbliğat maarifləndirmə tədbirləri barədə məlumat verib.

Çıxış edən şəhər ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini vurğulayıblar. Ağsaqqallar onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər