Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

13 iyun 2022 | 14:59

 ŞİH-də Naftalan şəhər Ağsaqqallar Şurasının hesabat iclası keçirilib. Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, YAP Naftalan şəhər Təşkilatının sədri Rövlan Heydərov, şəhər ağsaqqalları və digər məsul şəxslər iştirak edib.

  Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

  Konfransda ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından söz açılıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

   Şəhər Ağsaqqallar Şurasının sədrinin illik fəaliyyətləri barədə hesabat məruzəsi dinlənilib.

  Sonra Respublika Ağsaqqallar Şurasının sədr müavini çıxış edərək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından söz açıb. Həmçinin, 44 günlük Vətən Müharibəsində hərb tariximizə yazılan şanlı Zəfərin gələcək nəsillərə çatdırılmasında, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında ağsaqqallarımızın böyük rolu olduğunu xüsusi vurğulayıb.

    Natiqlərin çıxışları ətrafında  müzakirələr aparılıb.

   Sonda şəhər Ağsaqqalları onlara daim göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər