Şriftin ölçüsü :

Saytın rəngi :

“Naftalan – sağlamlıq və Turizmin Sinerji Mənbəyi Regionda Yeni Reallıqlar” Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib

09 oktyabr 2022 | 10:19

Beynəlxalq Turizm Mərkəzi olan Naftalanda Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı, PMD Hospitality-nin partnyorluğu ilə “Naftalan-sağlamlıq və Turizmin Sinerji Mənbəyi Regionda Yeni Reallıqlar” Beynəlxalq Elmi - Praktik Konfrans işə başlayıb

08-09 oktyabr 2022-ci il tarixlərini əhatə edəcək Konfransın keçirilməsində əsas məqsəd Naftalan şəhərinin regionda kurort fəaliyyətinin və turizmin inkişafında sinerji mənbəyi kimi rolunun və potensialının dəyərləndirilməsi ilə yanaşı Vətən Müharibəsindən sonra turizm  üçün yaranmış imkanlardır.

Konfransda Azərbaycan, Türkiyə, Latviya, Litva, Ukrayna Respublikalarının,   Rusiya Federasiyasının, Almaniya Federativ Respublikasının turizm, səhiyyə, sanatoriya-kurort sahələrinin mütəxəssisləri və dövlət-hakimiyyət orqanlarının nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini həmçinin Şəhidlərin əziz xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksini ziyarət  edərək xatirələrini  ehtiramla anıblar.

Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış keçirildikdən sonra Konfrans açıq elan olunub.           

Konfransda Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov açılış nitqi ilə qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Həmçinin, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin, öz ardıcıllığı ilə seçilən və yeni dövrün reallıqlarını özündə ehtiva edən uğurlu inkişaf strategiyasının nəticəsidir ki, ölkəmiz dünya ölkələri sırasında böyük nüfuz sahibinə, etibarlı tərəfdaşa  və regionda sülhün və stabilliyin qarantına çevrilməkdədir.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini İlqar Qasımov,  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini  Rauf Hacıyev, Millət Vəkili Anar Məmmədov, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün xanım Əliyeva, “PMD Hospitality” MMC-nin baş icraçı direktoru Samir Qurbanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Xidmətinin rəisi Umayra xanım Tağıyeva çıxış edərək, ölkəmizin işğaldan azad olunmuş bölgələrində turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, yeni turizm marşurutlarının yaradılması, habelə ölkəmizin sağlamlıq və turizm xidmətlərinin  rəqabət qabiliyyətinin yüksəldilməsini xüsusi vurğulayıblar.

Sonra  konfrans işini panel müzakirələrdə davam etdirib. Həmçinin, konfrans iştirakçıları Naftalan neftindən hazırlanan məhsullarla, o cümlədən, dünyada neft ilə rəsm çəkən yeganə rəssam Sabir Çopuroğlunun ustad dərsi ilə tanış olublar.

Konfrans çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Almaniya Tibbi Sağlamlıq Assosiasiyası arasında  əməkdaşlıq memorandumu imzalanıb. 

Eyni zamanda Naftalan Turizm İnformasiya Mərkəzinin açılışı olub, Mərkəzin ətrafında konfrans iştirakçıları tərəfindən ağacəkmə aksiyası keçirilib, xatirə dirəkləri basdırılıb.

Keçidlər