Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan parklarında yeni idman qurğuları

25 iyun 2024 | 16:08

Bu gün Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Naftalanda da idmanın inkişafına xüsusi diqqətin göstərilməsi, şəhərin müxtəlif ərazilərində, artıq 5-ci nöqtəsində idman qurğularının istifadəyə verilməsi şəhərdə gənclərin idmana olan marağını daha da artırmışdır.

Ölkəmizin müalicə mərkəzi olan Naftalanın parklarında yaradılmış şərait əhalinin həmçinin, buraya gələn yerli və xarici turistlərin asudə vaxtlarını səmərəli keçirməsinə səbəb olur.

ŞİH-nin başçısı Vüqar Novruzov, ŞPŞ-nin rəisi Zaur Bədəlov ilə birlikdə şəhərin Səməd Vurğun parkında quraşdırılıb istifadəyə verilən yeni idman qurğularına baxış keçirib, həmçinin burada istirahət edən turistlərlə, idmançılarla görüşüb. Onlar icra başçısı ilə  şəhər haqqında təəssüratlarını bölüşüb, şəhərdə onlar üçün yaradılan şəraitə görə məmnunluqlarını ifadə ediblər.

Gələcəkdə idman qurğularının şəhərin digər parklarında və məhəllələrində də quraşdırılması planlaşdırılır.

Keçidlər