Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan nümayəndə heyəti İvaniç-Qrad şəhərində səfərdə olub

12 iyun 2023 | 14:09

Naftalan şəhəri və Xorvatiya Respublikasının İvaniç-Qrad şəhəri arasında əlaqələrin yaradılması, dostluq və əməkdaşlıq xartiyasının imzalanması ilə əlaqədar Naftalan Şəhər İcra Hakimiyyəti başçısı Vüqar Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiya Respublikasında səfərdə olublar.

Nümayəndə heyəti paytaxt Zaqreb şəhərində ölkəmizin Xorvatiyadakı səfirliyinin fəaliyyət göstərdiyi binada qonaq olub, səfir Anar İmanovla görüşüb. Görüş zamanı səfərin gündəliyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iki şəhər arasında qardaşlaşmanın, qarışılıqlı əlaqələrin daha da yaxşılaşmasının əhəmiyyəti vurğulanıb. Həmçinin Naftalan ŞİH-nin başçısı tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı hədiyyə səfirə təqdim olunub.

Səfər proqramı çərçivəsində İvaniç-Qrad şəhər administrasiyasında nümayəndə heyəti ilə şəhər meri Javor Bojan Leš və digər məsul əməkdaşların iştirakı ilə görüş olub və qarışılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Naftalan ŞİH-nin başçısı Naftalanın tarixi, turizm potensialı, son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Həmçinin vurğulayıb ki, hazırda Naftalanla dünyanın müxtəlif şəhərləri arasında qardaşlıq münasibətləri mövcuddur və bu ələqalər getdikcə inkişaf edir.

Daha sonra İvaniç-Qrad şəhər muzeyində şəhərin tarixi, təbiəti, neft və qaz tədqiqatlarını özündə əks etdirən video çarx nümayiş olunub.

İvaniç-Qrad şəhərində fəaliyyət göstərən Naftalan Xəstəxanasında olan nümayəndə heyəti buradakı Naftalan nefti ilə aparılan müalicə prosedurları və digər göstərilən xidmətlərlə yaxından tanış olub.

Keçidlər