Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan neftinin beynəlxalq miqyasda tanıdılması üçün onlayn görüş keçirilib

30 aprel 2026 | 14:50

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 19 dekabr tarixli 796s nömrəli Sərəncamı ilə 2026–2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramı” təsdiq edilmişdir.

Tədbirlər Proqramının icrası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən onlayn görüşdə Naftalan ŞİH-nin məsul əməkdaşları iştirak edib. Görüşdə Tədbirlər Proqramının Naftalan neftinin beynəlxalq miqyasda tanıdılması baxımından əhəmiyyəti vurğulanıb, icraçı qurumların nümayəndələri ilə cari və növbəti illər üçün Proqramda nəzərdə tutulmuş müddəalar, həmçinin Naftalan Şəhər İcra Hakimiyyətinin də icraçı olduğu bəndlər üzrə müzakirələr aparılıb, tövsiyyələr verilib, bəndlərin icrasının nəzərdə tutulmuş müddətdə təmin edilməsində qurumlararası koordinasiyanın vacibliyi xüsusi vurğulanıb.

Keçidlər