Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan: Müalicə və İstirahətin birləşdiyi şəhər

04 dekabr 2025 | 14:19

Naftalan şəhəri Beynəlxalq Turizm Mərkəzi olmaqla yanaşı, ölkəmizin tibbi turizm üzrə əsas mərkəzlərindən biridir. Müalicəvi neftin yüksək effektliyi və şəhərdə yaradılmış müasir turizm infrastrukturu Naftalanı yerli və xarici turistlər üçün cəlbedici kurort məkanına çevirir.

Cari ilin 10 ayı ərzində Naftalana 36 mindən çox turist səfər edib. Onların 14 min nəfərini müxtəlif xarici ölkələrdən gələn qonaqlar təşkil edir.

Qarşıdan gələn bayram və istirahət günlərində də şəhərə turist axınının artacağı gözlənilir.

Naftalanda fəaliyyət göstərən otellər və müalicə mərkəzləri göstərdikləri xidmət səviyyəsi ilə turizm sektorunun inkişafına, eyni zamanda əhalinin məşğulluğunun yüksəlməsinə mühüm töhfə verir.

Keçidlər