“Naftalan – Möcüzəni Hiss Et” kitabı turistlərə təqdim edilib
Beynəlxalq Turizm Mərkəzi Naftalanın keçmişi və bu günü, şəhərin tarixi inkişaf yolu, həmçinin möcüzəvi Naftalan neftinin müalicəvi xüsusiyyətləri barədə geniş məlumatları özündə birləşdirən, müxtəlif dillərdə hazırlanmış “Naftalan – Möcüzəni Hiss Et” adlı kitabı müalicə və istirahət məqsədi ilə Naftalana gələn yerli və xarici turistlərə hədiyyə olunub, eləcə də turizm müəssisələrinə paylanılıb.
Turistlər bunu həm səyahət bələdçisi, həm də Naftalan haqqında yadda qalan xatirə kimi qiymətləndirərək yüksək dəyərləndiriblər. Kitabın müxtəlif dillərdə hazırlanması isə beynəlxalq auditoriya üçün əlçatanlıq qazandıraraq, Naftalanın daha da təbliğinə, tanıdılmasına və turist məmnuniyyətinin artırılmasına mühüm töhfə verib.















