Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan məktəblərində "Son zəng"

14 iyun 2023 | 16:28

14 iyun 2023-cü il tarixdə Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Naftalan şəhərinin məktəblərində də son zəng tədbiri keçirildi.

Öncə məzunlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək böyük ehtiramla xatirəsini yad ediblər.

Şəhər məktəblərində keçirilən tədbirdə ŞİHB müavinləri və məsul əmkdaşları, Regional Təhsil İdarəsinin Goranboy-Naftalan Regionları üzrə təhsil sektorunun məsul əməkdaşları, təhsil işçiləri, müəllimlər, valideynlər iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə çıxış edən natiqlər ölkəmizdə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  təhsilin inkişafına böyük diqqət və qayğı göstərildiyini  vurğulayıblar. Həmçinin, “Son zəng” münasibətilə məzunları təbrik edib, onlara müstəqil və qalib Azərbaycanın layiqli vətəndaşları olmağı arzulayıblar.

Dərs ilini müvəffəqiyyətlə başa vuran bir qrup müəllim və şagird Fəxri Fərmanlarla  təltif olunublar.

Tədbir məktəb məzunlarının iştirakı ilə hazırlanmış  mahnı və rəqslərlə, ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Keçidlər