Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan məktəblərində "Son zəng" çalınıb

14 iyun 2024 | 18:01

14 iyun 2024-cü il tarixdə Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Naftalan şəhərinin məktəblərində də son zəng tədbiri keçirildi.

Öncə məzunlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbirdə ŞİHB aparatının məsul əmkdaşları, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy Naftalan Regionları üzrə təhsil sektorunun məsul əməkdaşları, təhsil işçiləri, müəllimlər, valideynlər iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə çıxış edən natiqlər “Son zəng” münasibətilə məzunları təbrik edib, ölkəmizdə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsilin inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulayıblar.

Dərs ilini müvəffəqiyyətlə başa vuran bir qrup müəllim və şagirdlər Fəxri Fərmanlarla təltif olunublar.

Tədbir məktəb məzunlarının iştirakı ilə hazırlanmış mahnı və rəqslərlə, ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Keçidlər