Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan məktəblərində "Son zəng" çalınıb

14 iyun 2022 | 15:02

   Tədbirdə ŞİHB müavini Arzu Məmmədov, Gəncə -Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, təhsil işçiləri, müəllimlər, valideynlər iştirak edib.

    Məzunlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

   Çıxış edən natiqlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  bütün sahələrdə olduğu kimi  təhsilin inkişafına böyük diqqət və qayğı göstərildiyini xüsusi vurğulayaraq Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrindən biri gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarət olduğunu diqqətə çatdırılaraq təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

   Dərs ilini müvəffəqiyyətlə başa vuran bir qrup müəllim və şagirdlər Diplom və Fəxri Fərmanlarla  təltif olunublar.

   Sonda məktəblilərin hazırladıqları  mahnı və rəqslərdən ibarət kompozisiyalar təqdim olunub.

Keçidlər