Naftalan kitabı oxucuların istifadəsinə verilib
02 sentyabr 2025 | 15:41
Dünyada analoqu olmayan, unikal müalicəvi təsirə malik, uzun illər ərzində sağalmaz hesab olunan bir çox xəstəliklərə əlac olmuş müalicəvi Naftalan neftinə və onu dünyada tanıdan Beynəlxalq Turizm Mərkəzi Naftalana həsr olunmuş Naftalan-“Möcüzəni Hiss Et” adlı kitabı nəfis tərtibatda yeni üslubda nəşr olunub.
Oxucuların ixtiyarına təqdim edilən kitab əvvəlki buraxılışdan, faktların dəqiqliyi, dolğunluğu, məlumatların zənginliyi ilə fərqlənir.
700 tirajla işıq üzü görən kitab Naftalanın keçmişi və bu günü baxımından şəhərin keçdiyi tarixi yolun işıqlandırılmasında əhəmiyyətli olmaqla yanaşı, möcüzəvi neftin müalicəvi xüsusiyyətlərini öyrənən tədqiqatçılar üçündə istinad mənbəyidir.















