Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Humanitar yardım kampaniyasına qoşulub

10 fevral 2023 | 16:37

Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara göstərilən humanitar yardım kampaniyasına Naftalan Şəhər İcra Hakimiyyəti də qoşulub. Bu gün Naftalan ŞİH tərəfindən humanitar yardım Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, ŞİH-nin məsul əməkdaşları Baş konsulluğun qarşısında yaradılan guşəni ziyarət edib, həlak olanların ruhuna ehtiramlarını bildiriblər.

İcra başçısı Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüşüb, baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib. Sonra Konsulluqdakı xatirə kitabına başsağlığı qeydi yazıb.  

Görüş zamanı vurğulanıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş ölkənin zəlzələdən zərər görmüş bölgələrinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Həmçinin, qeyd edilib ki, xalqımız qardaş millətimizə maddi və mənəvi dəstək olmaq üçün əllərindən gələni edir, Azərbaycan-Türkiyə qardaşlığı bütün zamanların sınaqlarından üzüağ çıxmağı bacarmış, yaxşı və pis günündə bir-birlərinin yanında olduğunu dünyaya isbat etmişdir.

Görüşdə həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Naftalan şəhər sakini iki şəhid anası Zeynab Bayramova da iştirak ediblər.

           

Keçidlər