Şriftin ölçüsü :

Saytın rəngi :

“Naftalan Folklor Örnəkləri”

15 iyul 2025 | 12:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqif qızı (Süleymanova) ilə görüşüb.

Folklor İnstitutunda həyata keçirilən milli-mənəvi irsin tədqiqi istiqamətində görülən işlər barədə söhbət açılıb. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı icra başçısına 2023-cü ildə Naftalanda apardığı işin nəticəsi kimi yeni işıq üzü görmüş “Naftalanın Folklor Örnəkləri” kitabı təqdim edilib. Kitabda  bölgəyə aid xalq yaradıcılığı nümunələri yer alıb.

Keçidlər