Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan çay festivalında təmsil olunub

06 iyun 2023 | 14:28

Paytaxt Bakının Qala qoruğunda “İçəri şəhər” DTMQ-nun və “Azeri Home Chef” cəmiyyətinin birgə təşkilatçılığı, “Final Tea”-nın baş sponsorluğu ilə “Çay festivalı“ keçirilib. Regionların da qatıldığı həmin tədbirdə Naftalan şəhəri ikinci dəfə iştirak edib.  

Beynəlxalq Turizm Mərkəzi olan Naftalan şəhəri sərgilədiyi şirniyyat və çay nümunələri ilə öz stendində yerli və xarici ziyarətçilərin marağına səbəb olub.

Festivalda Azərbaycanda fəaliyət göstərən diplomatik nümayəndəliklər tərəfindən hər ölkənin ənənələrinə uyğun çay süfrəsi nümayiş olunub.

İştirakçılar arasında olan diplomatik korpus və özəl sektor nümayəndələrinə şəhərimiz, müalicə mərkəzləri barədə ətraflı məlumat verilib.

Tədbirdə qonaqlar üçün əyləncəli proqram, böyüklər və uşaqlar üçün müxtəlif müsabiqələr və ölkənin ən yaxşı həvəskar aşpazlarının iştirakı ilə “Çay Dəstgahı” kulinariya müsabiqəsi təşkil olunub.

Tədbirdə Naftalanı “GOLD Naftalan” Müalicə Mərkəzi təmsil edib.

Keçidlər