Naftalan “Çay festivalı”nda iştirak edib
26 may 2022 | 12:47
Paytaxt Bakının ən gözəl qoruqlarından biri olan Qala qoruğunda İçəri şəhər DTMQ-nun və “Azeri Home Chef” cəmiyyətinin birgə təşkilatçılığı ilə “Çay festivalı“ keçirilib. Regionların da qatıldığı həmin tədbirdə Naftalan da iştirak edib.
Beynəlxalq Turizm Mərkəzi olan Naftalan şəhəri sərgilədiyi şirniyyat və çay nümunələri ilə öz stendində yerli və xarici ziyarətçilərin marağına səbəb olub. İştirakçılar arasında olan diplomatik korpus və özəl sektor nümayəndələrinə şəhərimiz, müalicə mərkəzləri barədə ətraflı məlumat verilib.
Tədbirdə iştirak Naftalan ŞİH–nin təşkilatçılığı “GOLD Naftalan” Müalicə Mərkəzinin dəstəyi ilə həyata keçirilib.