Naftalan Bələdiyyəsində görüş keçirilib
30 iyul 2025 | 14:23
Naftalan Bələdiyyəsinin fəaliyyəti ilə bağlı görüş təşkil olunub. Görüşdə ŞİH-nin başçısı, ŞPŞ-nin rəisi, Bələdiyyənin sədri və əməkdaşları, o cümlədən digər məsul şəxslər iştirak edib.
Görüşdə Bələdiyyə tərəfindən görülmüş işlər, vergilərin yığılması, Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində yaradılmış yeniliklər barədə müzakirələr aparılıb. Həmçinin, torpaq vergisi, əmlak vergisi, bələdiyyə mülkiyyətinin icrasına görə ödənişlərdə yaranmış çətinliklərin və onların hüquqi yolla həll olunması ilə bağlı məsələlər müzakirə olunub.















