Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Bələdiyyəsi tərəfindən abadlıq və təmizlik işləri davam etdirilir

17 iyul 2026 | 15:06

Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə əlaqədar Naftalan Bələdiyyəsi tərəfindən şəhərin inzibati ərazisində genişmiqyaslı abadlıq və təmizlik işləri həyata keçirilib.

Görülən tədbirlər çərçivəsində “Qələbə” parkında, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ucaldılmış  “Vətən Uğrunda Həlak Olanların Memorial Kompleksi” və ətraf ərazilərdə təmizlik işləri aparılıb, yaşıllıq sahələrinə qulluq göstərilib, alaq otlarına qarşı dərmanlama işləri aparılıb, ərazi səliqəyə salınaraq abadlaşdırılıb.

Eyni zamanda, Naftalan şəhər qəbiristanlığında da geniş təmizlik işləri görülmüş, qurumuş otlar və alaq bitkiləri təmizlənərək ziyarət üçün daha səliqəli və rahat vəziyyətə gətirilmişdir.

Şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində su arxları təmizlənmiş, təsərrüfatlara suyun rahat verilməsi təmin olunmuşdur.

Həyata keçirilən abadlıq tədbirləri şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, ətraf mühitin qorunmasına, sakinlərin rahatlığının təmin edilməsinə xidmət edir.

 

Keçidlər