Şriftin ölçüsü :

Saytın rəngi :

Mülki şəhidlərin xatirəsi anıldı

28 sentyabr 2023 | 14:10

2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlanılmasından üç il ötür.

Vətən müharibəsində Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi.

44 günlük Vətən Müharibəsinin ilk günü düşmənin atdığı top mərmisinin Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşməsinin nəticəsində ailənin 5 üzvünün həyatı faciəvi şəkildə sona çatdı.

Şəhid Qurbanovların il dönümü ilə əlaqədar olaraq Naftalan ŞİH-nin, hüquq mühafizə orqanlarının rəhbərləri, Naftalan Şəhər Ağsaqqallar Şurasının sədri, şəhid ailələrinin iştirakı ilə şəhid Qurbanovların məzarları ziyarət edilib, xatirələri ehtiramla yad edilib.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə, tarixi ədaləti bərpa edən ölkə başçımıza dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər