Mülki Şəhid məktəbli Şəhriyar Qurbanovun doğum günüdür
Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsinin ilk günü düşmənin atdığı top mərmisinin Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşməsi nəticəsində ailənin 5 üzvünün həyatı faciəvi şəkildə sona çatdı. Ailə üzvlərindən biri məktəbli Qurbanov Şəhriyar Nadir oğlu idi.
Naftalan ŞİH-nin məsul əməkdaşlarının, təhsil işçilərinin, məktəblilərin, şəhidin ailəsinin iştirakı ilə Qurbanov Şəhriyar Nadir oğlunun doğum günündə məzarı ziyarət edilib, məzarı üzərinə gül dəstələri düzərək xatirəsi ehtiramla anılıb.
Daha sonra tədbir Şəhidin təhsil aldığı Zaməddin Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbdə məktəblilərin hazırladığı ədəbi-bədii proqramla davam etdirilib.