Şriftin ölçüsü :

Saytın rəngi :

“MİR” Dövlətlərarası Teleradio Şirkətinin çəkiliş qrupu Naftalanda

19 aprel 2023 | 14:20

“MİR” DTRŞ Azərbaycan Milli Nümayəndəliyi tərəfindən respublikamızın ayrı-ayrı bölgələrindən “Avrasiya; regionlar” adlı baxımlı verilişlər hazırlanır. “MİR” və “MİR24” telekanallarında yayımlanacaq verilişə reportaj hazırlamaq üçün çəkiliş qrupu Beynəlxalq Turizm Mərkəzi olan Naftalanda olublar.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Milli Nümayəndəliyin əməkdaşları ilə görüşüb.

Görüş zamanı şəhər rəhbəri Naftalanın turizm potensialı haqqında ətraflı məlumat verərək qeyd edib ki, şəhərin bütün sahələrdə inkişafının əsasını Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı, qarşıya qoyduğu vəzifələrin uğurlu icrası təşkil edir. Bunun nəticəsidir ki, bugün Naftalan ölkəmizin müalicə turizm mərkəzi olmaqla bərabər artıq beynəlxalq turizm mərkəzinə çevrilib.

Qonaqlar çəkiliş zamanı verilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər