Minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihə həyata keçirir. Bununla bağlı Naftalan şəhərində də tədbir keçirilib. Tədbirdə AMZA-nın sədri Rey Kərimoğlu bildirib ki, artıq Naftalan şəhərində işlər yekunlaşıb, bir müddətdir layihənin işçi heyəti, ANAMA yanında ictimai şuranın üzvü, mina qurbanlarının ehtiyaclarının öyrənilməsi üzrə təcrübəli ekspert Nadir Cəfərov, idarə heyətinin üzvləri Ruhin Novruzov, və Xəzər Babaşov regionda çalışırlar.
Həmçinin qeyd edib ki, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların öyrənilməsidir.
Layihə mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına, zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək. R.Kərimoğlu Naftalanda bu işin icrası zamanı onlara yaxından köməklik göstərən şəhər rəhbərliyinə minnətdarlığını bildirib.