Millət vəkili vətəndaşları qəbul edib
03 aprel 2023 | 19:07
Milli Məclisin deputatı Anar Məmmədov Naftalan şəhərində növbəti vətəndaş qəbulu keçirib. Qəbulda Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Şəhər Ağsaqqallar Şurasının sədri və şəhər sakinləri iştirak edib.
Qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşülüb, onların müraciət və təklifləri dinlənilib. Dinlənilmiş müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədi ilə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Vətəndaşlar qəbuldan məmnunluqlarını ifadə edərək ölkəmizdə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə ölkə başçımız cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.