Şriftin ölçüsü :

Saytın rəngi :

Millət Vəkili imtahanlarda yüksək bal toplayan məzunlarla görüşüb

12 sentyabr 2022 | 14:23

Naftalan şəhər İcra Hakimiyyətinin  təşkilatçılığı Millət vəkili Anar Məmmədovun dəstəyi ilə  qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib.

Görüşdə Millət Vəkili Anar Məmmədov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini  Kəmalə Hüseynova, Gəncə RMİ rəisi Vasif Cənnətov,  Goranboy Naftalan Təhsil sektorunun müdiri Xəyal Məmmədov, Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov təhsil işçiləri, məzunlar və valideynlər  iştirak ediblər.

Əvvəlcə  görüş iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ruhunu böyük ehtiramla yad ediblər.

Tədbirdə Millət Vəkili Anar Məmmədov çıxış edərək hər bir ölkənin gələcəyinin təhsilin səviyyəsindən və gənclərin necə yetişməsindən asılı olduğunu qeyd edərək  bütün sahələrdə olduğu kimi ölkə rəhbərliyinin təhsil sahəsini daim diqqətdə saxladığını, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu tədbirlərinin etibarlı gələcəyimizə hesablandığını vurğulayıb.

Çıxış edən digər natiqlər ölkəmizin tərəqqisi və inkişafı üçün istedadlı, savadlı o cümlədən vətənpərvər gənclərə hər zaman ehtiyac olduğunu qeyd ediblər.Bu sahədə də təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayaraq ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənləri, eləcə də tələbə adı qazanan bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik ediblər.  

Tələbələr onlara göstərilən qayğıya və təbriklərə görə öz təşəkkürlərini bildirib, seçdikləri sahələr üzrə savadlı və ixtisaslı mütəxəssis olmaq üçün çalışacaqlarına söz veriblər.

Sonda tələbə adı qazanan gənclərə xatirə hədiyyələr təqdim olunub.

Keçidlər