Şriftin ölçüsü :

Saytın rəngi :

Mətbuat işçilərinin peşə bayramı qeyd olundu

20 iyul 2026 | 17:13

Milli Mətbuatın yaranmasının 151 illiyi və Mətbuat işçilərinin peşə bayramı münasibətilə Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə ŞİH başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov və digər məsul əməkdaşlar o cümlədənn bir qrup aparıcı media nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb və dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Arzu Məmmədov iştirakçıları təbrik edib, ölkəmizdə mətbuatın keçdiyi şərəfli inkişaf yolundan söz açaraq bildirib ki, bu gün mətbuat təkcə informasiya vasitəsi deyil, həm də ictimai nəzarətin və vətəndaş cəmiyyətinin mühüm dayağı kimi çıxış edir.  

Natiqlər Azərbaycan mətbuatının formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın informasiya sahəsində müasir çağrışlara cavab verən, peşəkar, etik dəyərlərə sadiq medianın formalaşmasına dəstək göstərdiklərini bildiriblər.

Sonda media nümayəndələrinə Təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Keçidlər