Mərhəmətin, xeyirxahlığın və Vətənə sevginin rəmzi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva Azərbaycan qadınına məxsus zəriflik, mərhəmət, fədakarlıq və yüksək mənəvi dəyərləri özündə birləşdirir. Humanizm prinsiplərinə əsaslanan nəcib fəaliyyəti ilə o, xalqımızın milli maraqlarına və dövlətimizin mənafeyinə layiqincə xidmət göstərir.
Naftalanda Şəhər İcra Hakimiyyətinin, şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Mərhəmətin, xeyirxahlığın və Vətənə sevginin rəmzi” mövzusunda tədbir keçirilib.
Təbirdə ŞİHB-nın məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, gənclər iştirak edib.
Çıxış edənlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın milli-mədəni irsimizin qorunması, zəngin irsimizin beynəlxalq aləmdə tanıdılması sahəsindəki tarixi xidmətlərindən, humanizm və bəşəri dəyərlərə söykənən fəaliyyətinin müstəsna əhəmiyyətindən, eləcə də sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqində, islam mədəni irsinin qorunması və təbliği istiqamətində gördüyü işlərdən ətraflı bəhs ediblər.
Çıxışlarda Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr, xeyriyyəçilik və humanitar təşəbbüslər, eləcə də mədəniyyət, təhsil və səhiyyə sahələrində görülən işlər xüsusi qeyd olunub.
Mehriban xanım Əliyevanın imtiyazlı sosial qruplara, aztəminatlı ailələrə və qayğıya ehtiyacı olan insanlara göstərdiyi xüsusi diqqət, səmimi qayğı və davamlı dəstək tədbir iştirakçıları tərəfindən böyük minnətdarlıq hissi ilə qeyd olunub. Onun humanizmə əsaslanan bu fəaliyyəti cəmiyyətdə sosial həmrəyliyin möhkəmlənməsinə və insanların rifahının yüksəlməsinə mühüm töhfə kimi qiymətləndirilib.
Sonda Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini özündə ehtiva edən sənədli film nümayiş olunub.















