Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədiyə Məmmədov Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib

06 noyabr 2026 | 18:52

Naftalanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq 44 günlük Vətən müharibəsi Şəhidlərinin və qazilərinin ailələri ziyarət olunub.

Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, şəhər Polis Şöbəsinin rəisi, YAP Naftalan şəhər təşkilatının sədri və digər məsul şəxslər görüşdə iştirak edib.

Ziyarət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən bəhs olunub. Qeyd edilib ki, bu Qələbə minlərlə qəhrəman Vətən övladının canı və qanı, Azərbaycanın əsgər və zabitlərinin igidliyi və rəşadəti sayəsində əldə edilib.

Şəhid ailələri onlara göstərilən hərtərəfli yüksək diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər