Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədiyə Məmmədov Regional Mədəniyyət İdarəsinin rəisi ilə görüşüb

22 oktyabr 2026 | 19:14

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədovu qəbul edib.

Görüş zamanı Naftalanda fəaliyyət göstərən mədəniyyət müəssisələri barədə söhbət aparılmış, yaranmış problemlər müzakirə olunmuşdur.

Görüşdən sonra bir sıra mədəniyyət müəssisələrinə baxış keçirilib.

Əvvəlcə Naftalan şəhər Heydər Əliyev Mərkəzinə baş çəkilib. Aparılacaq təmir işləri ilə bağlı tövsiyələr verilib.

Naftalan şəhər Uşaq musiqi məktəbinə baxış zamanı müəsisənin əsaslı təmirə ehtiyacı olduğu xüsusi vurğulanıb. Müəllim və şagird kollektivi ilə görüşülüb. Təhsil ocağında istedadlı, yaradıcı potensiallı uşaqların bacarıqlarının qiymətləndirilməsi və tanıdılmasının vacibliyi diqqətə çatdırılıb.

Qeyd edək ki, ziyarət zamanı şəhərimizə gələn xarici turistlər milli musiqimizi təbliğ edən şagirdlərin ifasında muğam dərsini dinləyirdilər. Turistlər Naftalan şəhərinin turizm potensialından, onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını, o cümlədən Azərbaycan musiqisinin onlarda xoş təəssürat yaratdığını qeyd ediblər.

Daha sonra Naftalan Şəhər Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasına baxış keçirilib. Unikal Əsa muzeyinin tarixi, maddi-texniki imkanları və cari vəziyyəti ilə bağlı məlumat verilib. Müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib. 

Keçidlər