Məmmədiyə Məmmədov Naftalan Şəhər Mərkəzi Xəstəxanası ilə tanış olub
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov şəhər Mərkəzi Xəstəxanasında olub. Tibbi xidmətin təşkilindən danışan Naftalan şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Samir Allahverdiyev xəstəxana haqqında icra başçısına məlumat verib.
İcra başçısı Mərkəzi Xəstəxanada şöbələr və palataları gəzərək həkim kollektivi, tibb işçiləri ilə tanış olub, əhaliyə göstərilən tibbi xidmətlərlə maraqlanıb.
Daha sonra Məmmədiyə Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkəmizdə səhiyyə sisteminin inkişafından söz açıb, yeni-yeni səhiyyə ocaqları və xəstəxanaların istifadəyə verilməsinin bu inkişafa əsas sübut olduğunu bildirib.
Eyni zamanda Şəhər İcra Hakimiyyətinin başçısı tibb işçilərinə vətəndaşların qayğıları ilə yaxından məşğul olmağı tövsiyə edib, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətli, operativ və əlçatan olmasının vacibliyini vurğulayıb, onlara işlərində uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkilib.















