Məmmədiyə Məmmədov Mərkəzi Aran RETSİ-nin rəisini qəbul edib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ramil Məmmədovu qəbul edib.
Görüş zamanı idarə rəisi Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verib. Bildirib ki, görülən işlər nəticəsində Naftalan şəhərində yeni iki ədəd Komplekt transformatorlar məntəqəsi quraşdırılıb.
Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin Beynəlxalq Turizm Mərkəzi olduğunu vurğulayaraq abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, mövcud problemlərin həll edilməsi və elektrik enerjisi itkilərinin minimuma endirilməsi barədə idarə rəisinə tapşırıq və tövsiyələrini verib.















