Məmmədiyə Məmmədov iki Şəhid anasını ziyarət edib
24 noyabr 2026 | 17:51
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov və ŞPŞ-nin rəisi Firuz Nuriyev torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhid Mehman və Vaqif Bayramov qardaşlarının anası Zeynab Bayramovanı evində ziyarət ediblər.
İcra başçısı Şəhid anasının qayğı və ehtiyacları ilə maraqlanıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı göstərildiyini vurğulayıb.
Qeyd edək ki, Mehman Bayramov birinci Qarabağ müharibəsində, mayor Vaqif Bayramov isə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub.















