Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədiyə Məmmədov Gəncə Regional Turizm İdarəsinin rəisi ilə görüşüb

27 oktyabr 2026 | 17:20

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev ilə görüşüb. Görüşdə İcra Hakimiyyətinin başçısı Naftalanın turizm potensialı və bu sahədə həyata keçirilən tədbirlərdən söz açıb, perspektivdə duran məsələləri qeyd edib.

Eyni zamanda vurğulanıb ki, müalicəvi Naftalan nefti ilə sağlamlıq turizmi istiqamətində inkişaf etmiş şəhəri müasir kurort mərkəzinə çevirmək və beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək qarşıdakı əsas vəzifələrdəndir.

Şəhər İcra Hakimiyyətinin başçısı Fariz Qarayevə öz tapşırıq və tövsiyələrini verib, ona işlərində uğurlar arzulayıb.

Keçidlər