Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədiyə Məmmədov Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirini qəbul edib

17 noyabr 2026 | 17:31

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovu qəbul edib.

Görüşdə təhsilin inkişafı ilə bağlı Naftalan şəhərində reallaşdırılan tədbirlərdən danışılıb, qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

ŞİH-nin başçısı vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində Naftalan şəhərində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli işlərin görülməsi uğurla davam etdirilir.

Sonda xatirə şəkli çəkilib.

Keçidlər