Məmmədiyə Məmmədov Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisini qəbul edib
18 noyabr 2026 | 17:19
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynovu qəbul edib.
Görüş zamanı Naftalan şəhərində gənclər və idman sahəsində həyata keçirilən tədbirlərdən söz açılıb, perspektivdə duran məsələlər müzakirə edilib.
ŞİH-nin başçısı gənclərin və idmanın inkişafı üçün maddi-texniki bazanın mövcud vəziyyətini xüsusi vurğulayıb. Eyni zamanda gənclər və idman siyasəti istiqamətində həyata keçirilən layihə və tədbirlərə şəhər rəhbərliyi tərəfindən tam dəstək göstərildiyi və bu dəstəyin davamlı olacağı diqqətə çatdırılıb.















