Məmmədiyə Məmmədov FHN-nin Aran Regional Mərkəzinin rəisini qəbul edib
02 noyabr 2026 | 17:29
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov FHN-nin Aran Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayevlə görüşüb, onu yeni təyinatı münasibətilə təbrik edib və xidməti fəaliyyətində uğurlar arzulayıb.
Vaqif Fətullayev öz növbəsində Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədova yanğın təhlükəsizliyi sahəsində görülən işlərə görə təşəkkürünü bildirib, həyata keçirilən tədbirlərdən razılığını ifadə edərək qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparıblar.















