Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərin “Əsa” muzeyinə ekskursiyası təşkil olunub

05 yanvar 2026 | 14:39

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə şəhər Tarix-Diyarşünaslıq muzeyinə və dünyada yeganə olan “Əsa” muzeyinə ekskursiya təşkil olunub.

Ekskursiya zamanı məktəblilərə eksponatlar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, mədəni irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi yalnız tarixə deyil, həm də Vətənə bağlılığın, yurd sevgisinin təcəssümüdür. Bu dəyərlərin qorunması hər bir azərbaycanlının vətənpərvərlik borcunun mühüm tərkib hissəsi olmalıdır.

Ekskursiyanın təşkilində əsas məqsəd yeniyetmə və gənclərin dünyagörüşünün genişləndirilməsi, milli-mənəvi dəyərlərin təbliğ olunmasıdır. Bu kimi maarifləndirici tədbirlər gənc nəslin tariximizə, mədəniyyətimizə və Vətənə bağlı vətəndaşlar kimi yetişməsinə mühüm töhfə verir.

Keçidlər