Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərin asudə vaxtları səmərəli təşkil edilir

20 avqust 2025 | 15:18

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin şəhər Tarix-Diyarşünaslıq muzeyinə ekskursiyası təşkil olunub.

Muzeydə məktəblilərə Tarix-Diyarşünaslıq Muzeyinin və dünyada yeganə olan “Əsa” Muzeyinin eksponatları barədə ətraflı məlumat verilib. Bildirilib ki, muzeylər maddi mədəniyyət nümunələrinin toplanması, qorunması, öyrənilməsi və ictimaiyyətə təqdim olunması funksiyasını yerinə yetirən mədəniyyət müəssisələridir.

Azərbaycanda milli-mənəvi dəyərlərin, tarixi və mədəni irsin qorunması, o cümlədən muzey işinin inkişafı dövlətin xüsusi diqqətindədir. Bu sahədə əsaslı dönüş və inkişafın təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.

Hazırda bu siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla davam etdirilir. Mədəniyyət siyasətinin uğurlu nəticəsi olaraq son illər muzeylərimizin nüfuzlu beynəlxalq muzeylərlə əlaqələri genişlənmiş, yeni əməkdaşlıq imkanları yaranmışdır.

Ekskursiyanın təşkilində əsas məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların dünyagörüşünün genişləndirilməsi, vətənpərvərlik hisslərinin aşılanması və milli-mənəvi dəyərlərin təbliği olmuşdur.

Keçidlər