Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər Heydər Əliyev Mərkəzinə ekskursiya edib

09 iyun 2023 | 12:40

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində şəhər Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiyası davam etdirilir.

Ekskursiyada ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Ekskursiya zamanı iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən iştirakçılara Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən eksponat və fotostendlər haqqında ətraflı məlumat verilib.

Keçidlər