Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər arasında maarifləndirici tədbir keçirilib

08 iyun 2023 | 11:59

Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Erkən nikah, zərərli vərdişlər, dini radikalizm və onların fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, şəhər Ağsaqqallar Şurasının sədri, Naftalan Şəhər Qeydiyyat Şöbəsinin rəisi, ŞPŞ-nin məsul əməkdaşları, DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı, tibb işçiləri, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxış edənlər erkən nikahların dövrümüzün böyük problemlərindən biri olmasından, zərərli vərdişlərin insanların sağlamlığına mənfi təsirindən, radikal düşüncələrin dini dəyərlərimizə vurduğu ziyandan geniş bəhs ediblər. Ölkəmizdə zərərli vərdişlərə qarşı mübarizə üçün möhkəm qanunvericilik bazasının mövcudluğu diqqətə çatdırılıb. Belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. Bu kimi halların qarşısının alınmasında təhsilin önəmi xüsusi qeyd edilib.

Tədbirin sonunda maarifləndirici materiallar iştirakçılara paylanılıb.

Keçidlər