Mədəniyyət naziri Naftalanda olub
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Yevlax şəhərində vətəndaş qəbulu çərçivəsində Naftalanda olub.
Şəhər İcra Hakimiyyətinin başçısı və Mədəniyyət naziri öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Daha sonra Heydər Əliyev mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto şəkillərə baxış keçirilib.
Sonra nazirliyin tabeliyində olan müəssisələrə baxış keçirilmişdir. Müəssisələrin fəaliyyəti, cari vəziyyəti və maddi – texniki imkanları haqqında məlumat alan Mədəniyyət naziri mədəniyyət müəssisələrində işin günün tələblərinə uyğun qurulması ilə əlaqədar tövsiyyələrini vermişdir.