Maarifləndirmə tədbiri keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar olaraq “Uşaq hüquqları, təhsildən yayınma hallarının yolverilməzliyi” mövzusunda şəhər S. Vurğun adına 2 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naftalan ŞİH-nin, ŞPŞ-nin məsul əməkdaşları, təhsil və səhiyyə işçiləri, məktəblilər və valideynlər iştirak edib.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət uşaq siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən geniş bəhs edilib. Ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açılıb. Qeyd edilib ki, respublikamızda uşaqların sağlam, eyni zamanda vətənpərvər böyüməsi, təhsil alma haqqının qorunması üçün hər cür şərait yaradılıb. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi, təhsilin keyfiyyətinin səmərəliliyi istiqamətində ümumtəhsil məktəblərində tələbkarlığın artırılmasının vacibliyi vurğulanıb. Görüş zamanı şagirdlərin dərsdən yayınma səbəbləri müzakirə olunmaqla yanaşı, erkən nikah hallarının baş verməsinin qız uşaqlarının həyatında, sağlamlığında yaratdığı fəsadlar barədə ətraflı məlumat verilib, müzakirələr aparılıb.